Yardımlıda 62 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb

08.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Yardımlıda 62 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə rayonun Peştəsər kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu 06.04.2025-ci il tarixdə yaşadığı kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə aparılmış və 07.04.2025-ci il tarixdə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью