Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü VİDEO

13.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yardımlı rayonunun Ərus kəndində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 12-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-FK-679 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qəfil tüstülənərək alışmağa başlayıb.

Sürücü vaxtında avtomobildən çıxaraq xəsarət almaqdan xilas olub. Alovlanan avtomobil geriyə hərəkət edərək dərəyə düşüb. Avtomobil dərəyə düşdükdən sonra da yanmağa davam edib.

Hadisə nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227795.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью