Icma.az, Unikal.az saytına istinadən bildirir.
Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyi nin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.
"Onlardan biri, azyaşlının anasına CM-nin 171 ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır. Azyaşlı reabilitasiyaya cəlb ediləcək,sığınacağa yerləşdiriləcək"deyə qeyd edib.