Yardımlıda BƏDBƏXT HADİSƏ: Mal qara otaran şəxs faciəvi şəkildə öldü

08.04.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yardımlıda 62 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Peştəsər kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu aprelin 6-da yaşadığı kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq "Masallı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinə aparılıb. O dünən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью