Yardımlıda dərədən Kalaşnikov avtomatı aşkarlandı FOTO

04.03.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Yardımlı rayonunun Telavar kəndinin ərazisində dərədə silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat, 6 ədəd patron darağı və 442 ədəd patron  aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью