Yardımlıda əməliyyat HƏBS EDİLƏN VAR FOTO

15.09.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Alıyev saxlanılıb.
Ondan ümumilikdə 8 kiloqramdan artıq narkotik vasitə və 180 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью