Yardımlıda faciə: Azyaşlının meyiti tapıldı

25.11.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yardımlı rayonunda evə qayıtmayan azyaşlı şagirdin meyiti kənd ərazisində aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.

Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.

Lakin aparılan axtarışlar zamanı azyaşlının meyitini kənd ərazisində yerləşən körpünün altında aşkar ediblər.

İlkin ehtimala görə, uşağın körpüdən yıxılması nəticəsində həyatını itirdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью