Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü Video

18.09.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü - Video

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 hektar sahədə quru ot yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью