Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabah Yardımlı rayonunun 7 kəndinin qaz təchizatı dayandırılacaq.
Bakıvaxtı.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.