Yardımlının dağ kəndlərinə gedən yolları QAR BAĞLAYIB | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Hazırda Yardımlı rayonunun dağ kəndlərinə gedən avtomobil yollarında qardan təmizləmə işləri həyata keçirilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Yardımlı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, yağan güclü qar səbəbindən bir sıra kəndlərə gedən yollarda hərəkətdə çətinlik yaranıb.
"Yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.
Bu gün icra hakimiyyətinin ərazi nümayəndəliyi, bələdiyyə işçiləri və 51 saylı Yol İstismar İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar.
Cəlilabad-Yardımlı magistral yolundan Yardımlının Çanaxbulaq kəndindən Zevin kəndi istiqamətinə gedən yol qar örtüyündə təmizlənir, avtomobillərin hərəkəti bərpa olunub.
Kəndlərdə elektrik enerjisi ilə bağlı yaranan problem də həll olunmaqdadır", - deyə məlumatda qeyd edilib.
Tam oxu
Xəbəri oxu