Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yardımlının günbatan istiqamətində, mərkəzdən 24 km aralıda başı bəlalar çəkmiş bir kənd var - Deman kəndi.
Dəniz səviyyəsindən 1527 metr hündürlükdə yerləşir. Coğrafi ədəbiyyatlarda daha çox “Deman düzü”, “Deman yaylası” kimi tanınır.
Biz gələn qonaqlarımızı bu yerlərə adətən, füsunkar təbiətimizi göstərmək, həm də rayonumuzun lap ucqar kəndlərinə qədər yollarının asfaltlanmasından qürur hissi keçirdiyimizi hiss etdirmək üçün gətiririk.
Hə, bir də o taylı-bu taylı Azərbaycanımızın simvolu kimi Arvana aşırımından Savalan dağını görmək ümidi ilə.
Savalan da hələm-hələm üzünü göstərməz, qalır şansa. Bir də bu kənddə kükrəyəndə qana susayan, 110 kilometrdən sonra Xəzərə qovuşan Viləş ça
Bu dəfə də qonaqlarım - ədəbiyyat və söz adamları Bilal Alarlı, Sevil İsayeva və Əlövsət Tahirliyə məhz bu yerləri göstərmək, bir də şansımı
Dəfələrlə bura gəlsəm də, kəndin düz mərkəzində yanaşı qoyulan iki taxta barak diqqətimi çəkməmişdi və ağlımın ucundan da keçməmişdi ki, məh