Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Yardımlı rayonu Şıxlar kənd Mehman Zamanov adına ümumtəhsil məktəbində X sinfin bağlanması şagirdlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a sözügedən məktəbin şagirdləri şikayət ünvanlamışdılar.

Hazırda sözügedən şagirdlərin məlumatlarının ümumi təhsil müəssisələrinin informasiya sistemindən (UTİS) silinməsi iddia olunub.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, şagirdlərin məlumatlarının ümumi təhsil müəssisələrinin informasiya sistemindən (UTİS) silinməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir:

"Məktəblilər haqqında məlumatlar müvafiq sistemin "şagird hərəkət bölməsində" arxivləşdirilərək saxlanılıb. Bu barədə Yardımlı rayonu üzrə təhsil sektorunda valideynlərlə görüşülüb, onlara proses ətraflı izah edilib.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə start verilib", - deyə məlumatda qeyd olunub.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью