Yardımlının yeni başçısı kimdir? Dosye

22.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Orxan Fərmayıl oğlu Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, O.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunudur.

O, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura təhsili alıb.

O.Məmmədov Cəbrayıl Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra isə Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri işləyib.

4 mart 2025-ci ildən bu günə kimi Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью