Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Sumqayıt şəhərində 1972-ci il təvəllüdlü Əmir tanışı Fəridə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində baş verib.
Əmir qəsəbədə yerləşən tanışı Fəridin yaşadığı fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun baş nahiyyəsindən yumruq zərbəsi ilə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Əmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Fəridlə uzun müddətdir dostluq münasibəti var:
“Məlum hadisə günü təxminən saat 20.00-da yeyib-içmək üçün Fəridin yaşadığı evinə getdim. Biz birlikdə yemək yeyərək ikimizə bir şüşə, yəni 0,5 litr araq içdik. Təxminən saat 22:00-da Fərid sərxoş olduğu üçün mənimlə kobud zarafat etməyə başladı. Buna görə ona iradımı bildirdim. Fərid nalayiq söyüşlə məni söydüyü üçün əsəbləşdim, yumruqla onun başından bir zərbə vurdum. Fərid başından xəsarət aldı, mən onun evindən getdim. Səhəri gün öyrəndim ki, Fərid onu döydüyüm üçün barəmdə polisə şikayət edib”.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində baş verib.