Yarımçıq qalan dərs davam edir...

05.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Yaqut Əkbərovanın müəllimlik yolu 1986-cı ildə doğma Kəlbəcərdə başlayıb. Sinif otaqları, lövhə qarşısında keçən dərslər, böyüyüb həyata atılan şagirdlər. İllər keçdikcə bütün bunlar onun müəllim ömrünün ən əziz xatirələrinə çevrilib. Kəlbəcərin işğalı ilə o, təkcə doğma yurddan deyil, illərini verdiyi məktəbdən, sinif otağından, yarımçıq qalan dərslərindən də ayrı düşüb. Məcburi köçkünlük illərində müəllimlik fəaliyyətini davam etdirsə də, doğma Kəlbəcərə qayıtmaq arzusu onu heç vaxt tərk etməyib. AZƏRTAC Kəlbəcər Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin hazırladığı videomaterialı təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью