Yarımçıq qalan oyunla bağlı QƏRAR

05.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Liqa1-in yarımçıq qalan “Monpelye” – “Sent-Etyen” matçın taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, Fransa Futbol Federasiyası 63-cü dəqiqədə dayandırılan görüşün yenidən oynanılmamasına qərar verib.

Matçın həmin ana olan nəticəsi saxlanılıb. Qonaqlar qarşılaşmada 2:0 hesabı ilə öndə olduğu üçün onlar qalib gəlmiş sayılıb.

Qeyd edək ki, matç azarkeşlərin meydana kənar əşyalar atması üzündən dayandırılıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью