“Yarımçıq qalmış roman”ın təqdimatı | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə di
Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, yeni nəşrdə 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsində t
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifi yeni nəşr münasibətilə təbrik edib.
Akademik kitabın ideya-məzmun yükündən, müəllifin tədqiqatçı və publisist qələminin gücündən danışıb.
O, əsərin təkcə bədii deyil, həm də tarixi və mənəvi dəyər daşıdığını, oxuculara şəhidlik zirvəsinə ucalan bir ömür yolunu təqdim etdiyini vurğulayıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nuray Əliyeva çıxışında kitabın yalnız şəxsi taleyi deyil, bütöv bir xalqın ruhunu əks etdirdiyini, şəhidin uşaqlıq illəri, məktəb həyatı, ailə tərbiyəsi, vətənpərvər düşüncələri və əsgərliyinin səmimiyyətlə qələmə alındığını vurğulayıb.
Digər alimlər – Fərman Xəlilov, Səbuhi İbrahimov, AMEA Naxçıvan Bölməsi Nəşriyyatının redaktoru, şair Qafar Qərib şəhidlərin həyatının ədəbiyyatda əks olunmasının həm tarixi yaddaşın qorunması, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacib olduğuna diqqət çəkiblər.
Əsərin müəllifi Elxan Məmmədov kitabının ərsəyə gəlmə mərhələləri barədə danışıb, ürək sözlərini səsləndirib.
Tam oxu
Xəbəri oxu