Yarımfinal cütləri bəlli olub

28.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, "Neftçi" sonuncu yarımfinalçı olub.

"Ağ-qaralar" iki oyunun nəticəsinə görə, "Kəpəz"i mübarizədən kənarlaşdırıblar (2:0, 1:0). "Neftçi" finala gedən yolda "Sabah"la münasibətlərə aydınlıq gətirəcək.

Yarımfinalın digər cütündə isə “Qarabağ”la “Araz-Naxçıvan” üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın oyunları aprelin 2-də və 23-də keçiriləcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью