Yarımfinalın ilk cütü müəyyənləşdi DÇ 2026

11.07.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026

DÇ-2026-nın 1/4 final mərhələsində keçirilən ikinci oyundan sonra yarımfinalın ilk cütü bəlli olub.

QOL.az xəbər verir ki, bu gün İspaniya millisi Belçikanı 2:1 hesabı ilə üstələyib və yarımfinala adlayıb.

Bununla da, yarımfinalın ilk cütündə Fransa və İspaniya yığmaları üz-üzə gələcək. Qarşılaşma iyulun 14-də keçiriləcək. 

Digər yarımfinalın iştirakçıları isə sabah keçiriləcək Norveç - İngiltərə və Argentina - İsveçrə matçlarından sonra müəyyənləşəcək. 

Qeyd edək ki, ikinci yarımfinal görüşü iyulun 15-də keçiriləcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью