Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
“Atletik”in aparıcı oyunçularından biri sıradan çıxıb.
Niko Uilyams Avropa Liqasının 1/4 finalının “Reyncers” ilə cavab oyununda (2:0) zədə alıb. 22 yaşlı hücumçunun La Liqanın 32-ci turunun “Real” ilə oyununda iştirakının mümkün olmayacağı açıqlanıb. Nikonun təxminən 2 həftə meydana çıxa bilməyəcəyi ehtimal olnur.
Bu isə onun Avropa Liqasının yarımfinalında “Mançester Yunayted”ə qarşı mayın 1-də keçiriləcək ilk oyunu buraxa biləcəyi deməkdi.