Yarımtikilidə narkotik saxlayan şəxs HƏBS OLUNDU

19.05.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saatlıda narkotik vasitənin satışıyla məşğul olan şəxs müəyyən olunub. 

Avtosfer.az-ın məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Dəllər kənd sakini Əbəlfəz Musayev saxlanılıb. Adıçəkilən şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətdə olan yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, araşdırma davam edir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью