Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Ford" yenidən "Pikes Peak International Hill Climb" yarışmasında iştirak etməyə hazırlaşır.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, müsabiqə tarixində artıq 103-cü olan yarış bu il iyunun 22-də keçiriləcək.
"Super Mustang Mach-E" adlı prototipin ilk rəsmi fotolarını brendin idman bölməsi dərc edib.
"Mustang Mach-E" elektrik krossoveri ilə bəzi vizual oxşarlıqlara baxmayaraq, protorip texniki cəhətdən tamamilə fərqli bir avtomobildir. Sələflərindən nümunə götürərək, "Super Mustanq" olduqca böyük aerodinamik asqıya malikdir. Avtomobilin tam elektriklə işləyəcəyi məlumdur.