Yarısı Azərbaycana verilən kənddən Paşinyana sürpriz

08.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Ermənistanda keçirilən parlament seçkilərində xüsusi diqqətdə olan ərazilərdən biri də Azərbaycanla sərhəddə yerləşən Kirants kəndidir.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti sədrinin müavini Vaaqn Aleksanyan sözügedən ərazilər üzrə səsvermənin nəticələrini açıqlayıb.

O bildirib ki, ilkin nəticələrə görə, “Vətəndaş Müqaviləsi” partiyası Kirantsda səslərin 55,4% faizini toplayıb. Digər səslər isə müxalifət partiyaları arasında bölüşdürülüb.

Bundan başqa, sərhəddə yerləşən digər kənd – Berkaberdə “Vətəndaş Müqaviləsi” 75,31% səs qazanıb.

Xatırladaq ki, delimitasiya nəticəsində Kirants kəndi iki hissəyə bölünmüş, bir qismi Azərbaycana verilmişdi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью