Yaş 30a endirilsə, onlar hərbi xidmətdən azad olunacaq

13.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Yaşın 35 yaşdan 30-a endirilməsi 2 övladı olan bir çox şəxsin hərbi xidmətdən azad olunmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

Azər Babayev bildirib ki, qanun qəbul olunarsa, faktiki həmin kateqoriya insanlar çağırışdan azad olunacaqlar:

“Amma ümumiyyətlə 2 uşağı olanların azad edilməsi heç Türkiyə təcrübəsində də yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью