Yas mərasimləri ilə bağlı cəsarətli qərar VERİLİR? | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Artıq uzun zamandır ki, Azərbaycanda yas mərasimləri ilə bağlı qaydaların dəyişdiriləcəyi, xüsusi qanunun qəbul olunacağı barədə müzakirələr aparılır.
Bu müzakirələr yas mərasimlərindəki israfın qarşısını almaqla bağlıdır.
Lakin insanların şikayətlərinə və irəli sürülən bütün təşəbbüslərə baxmayaraq, hələ də nəticə əldə olunmayıb.
Belə ki, yas məclislərindəki ənənəvi ehsan süfrələri əvvəlki qaydada davam edir.
Xeyli vaxtdır müzakirəsi gedən bu məsələyə niyə hələ də hüquqi müdaxilə olunmur?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələnin ümumilikdə iki yolu var.
Onun sözlərinə görə, cəmiyyət özü də bu prosesdə maraqlı olmalıdır: “Yas mərasimlərində israfçılığın qarşısını almağın iki yolu var.
Tam oxu
Xəbəri oxu