Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Matəm mərasimləri təkcə itkinin acısını paylaşmaq deyil, həm də hörmət və ehtiramın ifadə formasıdır.
Bu mərasimlərdə təqdim olunan güllər isə sadəcə ənənəvi detal yox, insanların hiss və düşüncələrinə birbaşa təsir göstərən psixoloji mesaj daşıyır.
Gülün növü, rəngi və düzülüşü mərasim sahibinə qarşı münasibəti, eyni zamanda cəmiyyətin yas mədəniyyətini əks etdirir.
Bəs matəm mərasimlərində gül seçimi insan psixologiyasına necə təsir edir və hansı nüanslara diqqət yetirilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, gül seçimi şüuraltı səviyyədə insanlarda müxtəlif emosional təsirlər yaradır və buna görə də bu məsələyə diqqətlə yanaşmaq lazımdır.
“Azərbaycanda yas mərasimlərində ən çox istifadə olunan gül qərənfildir və bu, artıq yasın rəmzi kimi qəbul olunur.
Xüsusilə 20 Yanvar hadisələrindən sonra qərənfillərin istifadəsi daha da geniş yayılıb.