Yas və ad günü iştirakçıları arasında dava

18.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərədə dəfn mərasiminin iştirakçıları ilə ad günü şənliyinin qonaqları dava ediblər.

Teleqraf.com xəbər verir ki, "Mirror" nəşri hadisənin təfərrüatını yazıb.

Məlumata görə, mərasim zalının bir tərəfində ad gününü qeyd edən qonaqlarla digər tərəfdə əyləşən dəfn mərasiminin iştirakçıları arasında mübahisə baş verib. Qarşıdurma zamanı 4 nəfər yaralanıb. Onlar müxtəlif bədən xəsarətləri, o cümlədən sınıq və beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью