Yas yerinə gedən ailə yol qəzasına düşdü

08.05.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi “VAZ 21099” markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью