Yasa gedənlər qəzaya düşdülər: yaralılar var VİDEO

26.11.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Prius" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "Prius" aşıb.

Qəzada xəsarət alan 3 nəfər rayon xəstəxanasına çatdırılıb. Onların rayona yas məclisinə gələn qonaqlar olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью