Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ziya Əmirxanlı