Yasamal aşırımında TƏHLÜKƏ: Sürücülər şikayət edir | Icma.az
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəmkir rayonunda yerləşən Yasamal aşırımındakı durumla bağlı vətəndaşlar şikayət edirlər.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə əsasən, aşırım ərazisində xüsusilə dumanlı və çənli havalarda hərəkət etmək son dərəcə təhlükəli olur.
Vətəndaşların sözlərinə görə, problemin əsas səbəbi yolda heç bir xətləmə işinin aparılmamasıdır.
Bu isə görünüş məsafəsinin azaldığı şəraitdə sürücülərin hərəkət zolağını ayırd etməsini çətinləşdirir və qəza riskini artırır.
Sürücülər aidiyyəti qurumlardan yol nişanlarının və xətlənmə işlərinin aparılmasını istəyirlər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu