Yasamal rayonunda minik avtomobili yanıb

06.12.2024

Operativmedia saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Operativ Media" xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə "Hyundai" markalı minik avtomobili alışaraq yanıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью