Yasamal rayonunda “Müasir Azərbaycan gəncliyi:Məsuliyyət və missiya” mövzusunda tədbir keç…
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş Prezident təqaüdçüləri ilə “Müasir Azərbaycan gəncliyi: Məsuliyyət və missiya” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhərəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, YAP Yasamal rayonu “Z.Xəlilov.küç 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov , 44 günlük Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş Prezident təqaüdçüləri, tələbələr və fəal gənclər iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək qeyd edib ki, müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin davamçılarıdır.
Bu siyasətin əsas məqsədi gəncləri Vətənə, dövlətə və milli dəyərlərə sədaqət ruhunda yetişdirməkdir.
Tam oxu
Xəbəri oxu