Yasamal rayonunda odlu silah və narkotik vasitə aşkarlandı

02.04.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. 

DİN-dən Avtosfer.az-a daxil olan məlumat əsasında Yasamal RPİ Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 33 yaşlı C.Hüseynli saxlanılıb. Ondan 1 kiloqramdan çox heroin, həmçinin psixotrop maddə metamfetamin, tiryək və narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. 

Bundan başqa, rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində 34 yaşlı paytaxt sakini 1 avtomat silahı və 36 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью