Yasamal sakinlərinə XƏBƏRDARLIQ: Sabah saat 10:00 dan…

14.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Sentyabrın 15-də Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Sabah saat 10:00-dan işlər yəkunlaşanadək təmir-quraşdırma işləri ilə əlaqədar Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - "Azəriqaz" bildirir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью