Yasamal sakinlərinin NƏZƏRİNƏ Saat 10:00 dan etibarən…

23.10.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Səbail” QPS-dən (qaz paylayıcı stansiya) qidalanan “Köhnə Qanlı Göl” qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, 23.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan Bizim.Media-ya verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью