Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yasamal rayonunun Tbilisi prospektinde yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 04.12.2024-cü il saat 23:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Tbilisi prospektinin bir hissəsinin, “Şakir” MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, həmçinin 05.12.2024-cü il saat 10:00-dan etibarən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu