Yasamalda 14 yaşlı qız özünü binadan atdı

26.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Yasamalda 14 yaşlı qız intihara cəhd edib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, N.B. özünü yaşadığı binanın 3-cü mərtəbəsindən atıb.

Yeniyetmə dərhal xəstəxanaya çatdırılıb və hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə həkimlərin nəzarəti altındadır.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью