Yasamalda 37 milyona yeni park salınır

21.01.2025

Icma.az, Anews saytına istinadən bildirir.

Bakı Yasamal rayonu Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınmasına 37.230.105,82 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb. 

Tenderin qalibi isə "VEST-LTD" QSC-dir. 

Qalib şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2050.00 AZN-dir. 

Aytac 


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью