Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)