Yasamalda ağır qəza: AÇIQLAMA VİDEO

17.03.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media xəbər verir ki, "Renault Megane" və "Mercedes" markalı avtomobillər toqquşaraq yararsız hala düşüb. 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.az-a açıqlamasında faktı təsdiqləyib. 
"Hadisə martın 17-si, saat 00:05-də A.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. 99-MB-301 dövlət nömrə nişanlı "Renault Megane" və 99-NE-093 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - R.Əhmədli qeyd edib. 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью