Yasamalda ağır qəza Video

06.02.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Yeni Yasamal qəsəbəsi ərazisində - Kənar dairəvi yolda “Khazar” markalı minik avtomobili “Ford” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobili metal maneəyə çırpılıb, onun mühərriki yerindən çıxaraq yolun əks istiqamətinə düşüb.

Hadisə nəticəsində “Khazar”da olan şəxslər ağır xəsarət alıblar.

Qəzanın görüntülərini təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью