Yasamalda avtobus dayanacağı nişanı aşıb FOTO

25.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakının Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən avtobus dayanacağı yol nişanı aşıb.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, hadisəyə səbəb ərazidə bir sürücünün avtomobili geriyə park edərkən nişanı vurması olub.

Aşan nişan səkidə və dayanacaqda normal hərəkətə maneə yaradıb. Hadisə zamanı ərazidə olan azyaşlı uşaqlar nişana dəyərək yerə yıxılıb. Sakinlər ərazidə bu cür təhlükəli halların təkrarlanmaması üçün daha ciddi tədbirlərin görülməsini tələb edirlər.

Könül Rauf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью