Yasamalda BMV yandı Video KONKRET

16.07.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində BMV markalı minik avtomobilinin salon və yük hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью