Yasamalda evdən 10 min manatlıq oğurluq olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

05.11.2024

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yasamal rayonunda evlərin birindən oğurluq olub.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью