Yasamalda evdən 40 min manata yaxın oğurluq etməkdə şübhəli bilinən qadın tutulub

29.01.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq oğurluq etməkdə şübhəli bilinən qadın tutulub.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38 min 800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Hadisə

Ötən gün 64 cinayətin açılması təmin edilib

Hadisə

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub

Hadisə

Gəncədə 5 yaşlı qız qıcolmadan ölüb

Hadisə

Maştağada istixanadan 50 min manatlıq oğurluq olub

Hadisə

Bakıda 26 yaşlı gənc dəm qazının qurbanı oldu

Hadisə

Gürcüstanda dəhşətli yol qəzası - 2 azərbaycanlı vəfat etdi

Hadisə

Kürdəmirdə ev yanıb

Hadisə

“Nəqliyyat axınının düzgün planlaşdırılmaması qəzaların artmasına səbəb olur” -EKSPERT DANIŞDI

Hadisə

Sumqayıtda üç avtomobil toqquşub

Hadisə

Ötən il ölkə ərazisində 31 min cinayət qeydə alınıb

Hadisə

Ötən il 11 min 934 cinayət işi məhkəmələrə göndərilib

Hadisə

Vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edən "hüquqşünas" həbs edilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью