Yasamalda evi sahibinin başına uçuran bu şirkət imiş

27.03.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu Alatava ərazisində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola evin bir hissəsini dağıdıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Demokrat.az xəbər verir ki, məlumata görə, ərazidə tikintinin "Melissa Group" tərəfindən aparılıb. 
Məsələ ilə bağlı "Melissa Group"dan  verilən açıqlamada hadisənin araşdırıdığı bildirilib: "Məsələ aidiyyəti bölməyə bildirilib. Hazırda araşdırma gedir. Tərəfimizdən geri dönüş olunacaq"- şirkətdən deyilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью