Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Bakının Yasamal rayonu, Sadıq Dadaşov küçəsi 23 ünvanında sakinlərin həyətini su basıb.
Bu barədə Axar.az-a sakinlər tərəfindən ünvanlanan şikayətdə bildirilib.
“Problem yalnız bu gün yaranmayıb və müxtəlif vaxtlarda da oxşar hal baş verib”, - şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) saytımıza bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib:
“Qəzanın aradan qaldırılması üçün Sukanal İdarəsinin qəza-bərpa briqadası həmin ünvana yönləndirilib”.