Yasamalda Hyundai qaçırıldı

03.03.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Yasamal rayonu ərazisində bir qadına məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı V.Cəfərov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.

Araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью