Yasamalda içərisində adam olan evi uçurdular Şirkətdən AÇIQLAMA VİDEO

27.03.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Paytaxtın Yasamal rayonu Alatava ərazisində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola evin bir hissəsini dağıdıb.

Ölkə.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Ərazidə tikintinin "Melissa Group" tərəfindən aparıldığı bildirilir.

Hadisənin detalları hələlik məlum deyil.

Əraziyə FHN xilasediciləri və təcili tibbi yardım personalı cəlb olunub.

Məsələ ilə bağlı "Melissa Group"dan Ölkə.Az-a verilən açıqlamada hadisənin araşdırıdığı bildirilib:

"Məsələ aidiyyəti bölməyə bildirilib. Hazırda araşdırma gedir. Tərəfimizdən geri dönüş olunacaq"- şirkətdən deyilib.

Billurə

Digər xəbər: Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

View this post on Instagram

A post shared by Ölkə.az - Xəbər və informasiya agentliyi (@olke_az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью